Siqaretin ədədlə satışı qadağan oluna bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Siqaretin ədədlə satışı qadağan oluna bilər

Siqaretin ədədlə satışı qadağan oluna bilər


Azərbaycanda mağazalarda və köşklərdə siqaretin ədədlə satışı qadağan oluna bilər.

Aznews.info-un məlumatına görə, bu məsələni qaldıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Trend-ə bildirib ki, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə bununla bağlı müddəanın əlavə edilməsini təklif edib.

İ.Məmmədov bildirib ki, xüsusən də orta məktəblərə yaxın yerlərdə, qəzet köşklərində siqaret ədədlə satılır:

“Həmçinin marketlərdə siqaret qutusunu açıb dənə-dənə satırlar. Siqareti ədədlə kimə satırlar?! Bununla cibində 20-30 qəpik olan yeniyetmələri, məktəb şagirdlərini şirnikləndirirlər.

Siqareti dənə ilə böyük adamlar almır ki. Əsasən, məktəb yaşlı uşaqlar məktəbdən qaçıb siqaret alır və gizli yerlərdə çəkirlər. Ona görə də biz fikirləşirik ki, yeni qanun layihəsində bu halların qadağan olunması üçün maddələr əlavə edək, cərimələri sərtləşdirək”.

Deputat qeyd edib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi tütün istehsalına qarşı yönəlmiş bir tədbir deyil:

“Bu, sadəcə, tütün istehlakçılarının sağlamlığının qorunmasına xidmət edən bir qanun layihəsidir. Tütün istehsalı dünya iqtisadiyyatının ayrılmaz bir hissəsidir. Ancaq istehlakçıları da qorumaq lazımdır. Biz, əsasən, təbliğatla məşğul olacağıq ki, ictimai yerlərdə, kütləvi yerlərdə, ictimai nəqliyyatda, restoranlarda, əhalinin sıx olduğu digər yerlərdə siqaret çəkilməsi qadağan olunsun”.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *