Müsəlman və pravoslavların ilk birgə beynəlxalq konfransı keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Müsəlman və pravoslavların ilk birgə beynəlxalq konfransı keçiriləcək

Müsəlman və pravoslavların ilk birgə beynəlxalq konfransı keçiriləcək


Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcü Pravoslav Kilsəsinin nümayəndə heyətini qəbul edib.

QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, QMİ-də baş tutan görüşdə qonaqları səmimi salamlayan Şeyxülislam A.Paşazadə Azərbaycan və Gürcüstan xalqları arasında mənəvi əlaqələrin tarixi əhəmiyyətindən və inkişaf istiqamətləri barədə söhbət açıb. II İliya həzrətlərinə hər zaman Qafqazın ağsaqqalı, müdrik dini lideri kimi böyük ehtiram bəslədiyini xüsusi vurğulayan A.Paşazadə Azərbaycan xalqının və onun dövlət rəhbərinin bu nüfuzlu şəxsiyyətə böyük dəyər verdiyini diqqətə çatdırıb.

Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın salamlarını və ən xoş arzularını QMİ sədrinə çatdıran patriarxın nümayəndəsi Mitropolit Gerasim Şaraşenidze Şeyxülislam həzrətlərinə Gürcüstanda böyük ehtiramın olduğunu və A.Paşazadənin gürcü torpağına ötənilki son səfəri zamanı bu qardaş münasibətin bir daha şəxsən şahidi olduğunu qeyd edib.

Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə yaxın aylarda dinlərarası dialoq və dini-mənəvi dəyərlərin qlobal problemlərin həllində rolu mövzusunda QMİ və Gürcü Patriarxlığının birgə beynəlxalq konfrans keçirməsi ideyası müzakirə olunub və bununla bağlı razılığa gəlinib.

Görüşdə Mitropolit Gerasimlə birgə Azərbaycana təşrif buyurmuş nümayəndə heyətinin üzvləri yepiskop Ramazi Kapanidze, teoloq Georgi Andriadze, QMİ-nin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Əli Əliyev iştirak ediblər. Görüşdə QMİ sədrinin müavinləri - Müfti S.Musayev, S.Həsənli, F.Nurullah, Q.Cavadlı, R.Əliyarlı, QMİ Aparatının rəhbəri S.Həsənov və İdarənin mətbuat xidmətinin rəhbəri R.Dadaşova iştirak ediblər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *