İstifadəçilər daha çox hansı internet provayderlərindən şikayətlənirlər? » AzNews.info -Xəbər portalı

İstifadəçilər daha çox hansı internet provayderlərindən şikayətlənirlər?

İstifadəçilər daha çox hansı internet provayderlərindən şikayətlənirlər?


Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) özəl provayderlər və aidiyyəti qurumların iştirakı ilə internetin inkişafına həsr olunmuş iclas keçirilib.

Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Birliyin baş direktoru Beytulla Hüseynov nazir Əli Abbasovun telekommunikasiya operatorları “Aztelekom” və BTRİB-in ünvanına səsləndirdiyi tənqidi fikirlərə diqqət çəkərək, iclasın bu zərurətdən təşkil olunduğunu vurğulayıb.

BTRİB-in baş direktoru provayderlərin üzləşdiyi problemlərlə bağlı hər kəsi açıq şəkildə danışmağa, internetin inkişafına yönələn təkliflər səsləndirməyə dəvət edib.

Köhnə problemlərin 80%-nin artıq həllini tapdığını deyən Azərbaycan İnternet Cəmiyyətinin (AİC) sədri Qalib Qurbanov hazırda gündəmdə daha çox internetin keyfiyyətinin yaxşılaşdırılması məsələsinin dayandığını bildirib.

Özəl provayderlərlə bağlı iradlarını da bildirən AİC sədri xüsusən “Connect”, “Superonline”, “UniNet” rəhbərliyinin abunəçilərlə ünsiyyətdən qaçdığını və bununla bağlı çoxsaylı şikayətlərin daxil olduğunu qeyd edib.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz optik infrastrukturun inkişafına ciddi ehtiyac yarandığını vurğulayıb. Genişzolaqlı internet infrastrukturunun inkişafı üçün isə müəyyən edilmiş tariflərə yenidən baxılmasını vacib sayan AİF prezidenti özəl və dövlət provayderlərinin “start” vəziyyətlərinin bərabərləşdirilməsi istiqamətində addımların atılması məsələsini diqqətə çatdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *