Soyuqdəymədən qorunmaq üçün ən etibarlı üsul » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Soyuqdəymədən qorunmaq üçün ən etibarlı üsul

Soyuqdəymədən qorunmaq üçün ən etibarlı üsul


Alimlər soyuqdəymədən qorunmaq üçün soyuq fəsillərdə ən azı 7 saat yatmağı tövsiyə edirlər.

AzNews.info Saglamolun.az-a istinadən xəbər verir ki, bu sadə məsləhət immun sisteminin xeyli aktivləşməsinə və orqanizmin viris və infeksiyalara qarşı davamlılığının artmasına kömək edəcək.

Alimlər 150 sağlam insan iştirakı ilə eksperiment aparıblar. Eksperiment zamanı insanların yuxu müddəti və viruslara olan davamlılığı müqayisə edilirdi. Nəticədə məlum olub ki, gecə yuxusu 7 saat və bundan çox olan insanlar gecə yuxusu az olan insanlarla müqayisədə 5 dəfə az hallarda soyuqdəymə və qripp xəstəliyinə tutulur.

Araşdırma növbəti dəfə normal gecə yuxusunun insan sağlamlığı üçün vacibliyini təsdiq edib. Bundan əvvəl aparılmış araşdırmalar normal gecə yuxusunun yaddaşın möhkəmlənməsi, ürək-damar və xərçəng xəstəliklərindən qorunmasında böyük rolunu təsdiq edib. Alimlərin fikrinə görə, böyüklər üçün normal gecə yuxusu 6-8 saat olmalıdır.

Mənbə: Saglamolun.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *