Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb

Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb


Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 20-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Ədalət Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əsmər Əliyevanı vurub, nəticədə piyada hadisə yerində ölüb.

Digər hadisə elə həmin gün Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.

Bakı şəhər sakini Namiq Ələsgərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub, piyada hadisə yerində ölüb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *