Jurnalist Kamil Zeynallını məhkəməyə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

Jurnalist Kamil Zeynallını məhkəməyə verdi

Jurnalist Kamil Zeynallını məhkəməyə verdi


Aznews.info Day.Az-a istinadla xəbər verir ki, Kamil Zeynallı jurnalist xanımı ona görə təhqir edib ki, o, aparıcı Şəbnəmdən qarşılıqlı olaraq açıqlama alıb və işlədiyi saytda bu barədə yazıb.

Əfruzə Ağayeva açıqlamasında belə deyib:

“Kamil Zeynallı bu sahəyə gələndə istər ondan, istər həyat yoldaşından açıqlama alan, onlar haqqında yazan jurnalistlərdən biri də mən olmuşam. Mənim niyə şəklimi paylaşıb, küçə söyüşləri söyüb? Çünki aparıcı Şəbnəmi və rəhmətə gedən anasını söyüb. Bizim də hüququmuz var ki, bu yazını birtərəfli verməyək və aparıcı Şəbnəmin də açıqlamasını alaq.

Aldıq və hər ikisinin açıqlamasını yazdıq. Bu insan gecə telefonuma zəng edib və SMS yazıb ki, aç telefonu, yoxsa acığımı sənin rəhmətə gedənlərindən çıxacağam. Mən həqiqətən yatmış olmuşam, yatanda da çox insan kimi telefonumu səssizə qoyub yatıram. Gecəyarı idi, evdəkilərin telefonuna bir rəfiqəm yığıb, məni ayıltmağı xahiş edib. Sonra telefonuma gələn mesajları gördüm, “Instagram”a girib şok oldum. İnsan necə biri olmalıdır ki, bilə-bilə ki mənim valideynlərim rəhmətə gedib onları söysün? Şəbnəmdən üzr istəyir ki, anasının ölməyini bilməyib, ona küçə söyüşü deyib, bəs mən? Axı mənim valideynlərimin rəhmətə getməsini bilirdi.

Keçən dəfə belə bir problem olmuşdu. O, üzr istədi ki, bilməyib, bəs ay Kamil, sən özün də qız övladı böyüdürsən, anan, həyat yoldaşın, sevdiklərin var. Bəs Allahdan heç qorxmursan? Həmin gecə əlimi Allaha qaldırıb, tək bir şey istədim ki, bu haqsızlıq yerdə qalmasın. Mən necə böyümüşəm, necə uğur əldə eləmişəm, bunu ən azı mənim ətrafımdakılar bilir. Ancaq hamı Kamil üçün nələr yazır, nələr deyir, onu da hər kəs yaxşı bilir.

Mən onu söyməyəcəm, çünki ailə tərbiyəm, səviyyəm var. Qadın söyüş söyməz, yaraşmaz. Qanun var, artıq məhkəməyə müraciət etmişəm, sonuna kimi də gedəcəm ki, Kamil bir də heç bir qadını qardaşsız, atasız bilib, təhqir etməsin. Heç bir kişiyə yaraşmaz ki, Azərbaycan qadınını söysün, şəklini paylaşıb, səhifəsində olanlara da onu söydürsün. O şəklin altına da əksər kişilər yazmışdı ki, o, xanımdır, şəklini paylaşmaq, söymək düzgün deyil.

Kamil Zeynallı sadəcə deyir ki, “burada mənəm, Bağdatda kor xəlifə”, mən hər birinizi söyə bilərəm, amma siz susun və qələt etməyin. Bu insanı durdurmaq lazımdır”.

Mənbə: Day.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *