Nəriman Nərimanov küçəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nəriman Nərimanov küçəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Nəriman Nərimanov küçəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Nəriman Nərimanov küçəsi yenidən qurulur.

Bu barədə Oxu.Az-a “Azəravtoyol” ASC-dən bildirilib.

Məlumata görə, təmir işləri çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti yanvarın 16-dan etibarən məhdudlaşdırılacaq və bu, yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

“Azəravtoyol” bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən 2-5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 – 17.5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23,5 metr təşkil edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *