“5 mərtəbə” dairəsində daha bir dəyişiklik olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

“5 mərtəbə” dairəsində daha bir dəyişiklik olunub – FOTO

“5 mərtəbə” dairəsində daha bir dəyişiklik olunub

Bakıda “5 mərtəbə” dairəsi kimi tanınan dairədə hərəkətin təşkilində daha bir dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, indiyə kimi Azərbaycan prospektindən (Mərkəzi Univermaq tərəfdən) dairə tərəfə gələndə sağdakı iki zolaq ancaq sağa – dairə istiqamətinə hərəkət etməyə icazə verirdi, soldakı iki zolaq isə ancaq sola Mirzəağa Əliyev küçəsinə (Sovetskiyə) dönməyə icazə verirdi.

Bu gün Azərbaycan prospektinin sonunda asfalta çəkilmiş təhlükəsizlik adacağını qismən pozaraq kiçildiblər və dairə istiqamətinə dönməyə yeni bir zolaq artırıblar. İndi Mərkəzi Univermaqdan gələndə dairəyə üç zolaqla daxil olmaq olacaq. Yəni sagdakı iki zolaq ancaq sağa, üçüncü zolaqdan sağa və sola, dördüncü zolaqdan isə ancaq sola dönməyə icazə veriləcək. Hərəkətin təşkilində edilən bu dəyişiklik Azərbaycan prospektində yaranan sıxlığın azalmasına və “5 mərtəbə” dairəsinə daxil olan avtomobillərin daha rahat hərəkətinə imkan verəcək.

Təqdim olunan sxemdə yeniliyi qismən də olsa izah etməyə çalışmışıq.

“5 mərtəbə” dairəsində daha bir dəyişiklik olunub
“5 mərtəbə” dairəsində daha bir dəyişiklik olunub
“5 mərtəbə” dairəsində daha bir dəyişiklik olunub
“5 mərtəbə” dairəsində daha bir dəyişiklik olunub

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *