Ərəblərin ölkəmizdə ov etmələrinə qadağa qoyula bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Ərəblərin ölkəmizdə ov etmələrinə qadağa qoyula bilər

Ərəblərin ölkəmizdə ov etmələrinə qadağa qoyula bilər


Qanunsuz ovla məşğul olan 213 vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirir.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, 2016-cı ildə keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 213 yerli vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron götürülüb.

Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarında və “Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraqvə Suriya Respublikalarının 16 vətəndaşı saxlanılıb.

İnzibati xəta törətmiş yerli və əcnəbi qanun pozucuları barəsində protokollar tərtib edilib, ümumilikdə 200 nəfər inzibati qaydada 193317 manat məbləğində cərimələnib. Xarici vətəndaşların ov aləti kimi istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb və 29 fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması (deportasiya) və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *