Xorultu problemi və onun həlli » AzNews.info -Xəbər portalı

Xorultu problemi və onun həlli

Xorultu problemi və onun həlli


Son illər ərzində xorultu və yuxunun obstruktiv apnoe sindromu (YOAS) diqqət mərkəzindədir. Əhali arasında yetişkin şəxslərdə (əsasən 30-35 yaşdan yuxarı) daha çox rast gəlinir. Nəticədə bu patologiya ayrı bir xəstəlik – Ronxopatiya olaraq ayrılmışdır. Xoruldamağa ağız-udlağın yumşaq toxumalarının vibrasiyası səbəb olur və yuxu zamanı havanın yuxarı tənəffüs yollarından çətinliklə keçdiyini göstərir. Xoruldama zamanı özünə məxsus səs yaranır. Xorultu əsasən dərin yuxu zamanı insanın arxası üstə uzandığı vəziyyətdə baş verir. Bu zaman nəfəs almada asanlıqla vibrasiya edən yumşaq damağın tam boşalması üçün optimal şərait yaranır.

AzNews.info xanim.net-ə istinadən xəbər verir ki, əvvəlcə yuxarı tənəffüs yollarının normal anatomik və fizioloji xüsusiyyətlərinə nəzər yetirək.

Yuxarı tənəffüs yollarına nələr daxildir:

Burun və burun boşluğu, burunudlaq, qırtlaq. Tənəffüs yolu burun boşluğu ilə başlanır. Hava burun boşluğundan burun – udlağa, oradan ağiz boşluğu ilə əlaqəli olan qırtlağa keçir. Ona görə də insan yalnız burnu ilə deyil, həmçinin ağzı ilə də tənəffüs edə bilir.

Beləliklə, aşağıdakı xəstəliklər zamanı xorultu və YOAS yaranır:

burun tənəffüsünün pozulmasına gətirib çıxaran, burun boşluğunda anatomik və fizioloji dəyişiklər;

burun-udlaqda anatomik və fiziolji dəyişikliklər;

yumşaq damaq və damaq dilçəyinin selikli qişasının hiperplaziyası

ağız-udlağin limfoadenoid törəmələrinin hiperplaziyası;

insanın artıq bədən çəkisi olduğu zaman udlağın selikaltı təbəqəsində piy yığıntıları;

ağız-udlağın əzələ aparatının neyrogen çatışmazlığı;

Xorultuya, həmçinin, genetik amillər və ətraf mühitin təsiri də meyl yaradır. İnsanın yaşı artdıqca udlağın yumşaq toxumalarının tonusu azalır və xorultunun yalnız tezliyi deyil, həm də ifadə dərəcəsi artır.

Xorultunun və YOAS-in mexanizmi:

yuxuya gedərkən burun-udlaq və ağız-udlaq əzələləri boşalır. Əvvəlcə tənəffüs yolları divarlarının bir-birinə dəyməsi səbəbindən xorultu əmələ gəlir, daha sonra isə ağız-udlağın divarları enir və ağ ciyər ventilyasiyası kəsilir. Nəticədə 20-90 san. ərzində insanda tənəffüs dayanır. Bu isə hipoksiyaya gətirib çixardır. Hipoksiyadan bütün toxuma və orqanlar əziyyət çəkir. Neqativ informasiya beyinə çatır və onu qıcıqlandırır. Bu anda insan xoruldayır, tənəffüs yollarını “açır”, 6-7 nəfəs alır. Tənəffüsün dayanmasının bu cür epizodları bir gecə ərzində 400 – 700 dəfəyə qədər ola bilər. Bu da gecə yuxusunun pozulmasına və səhər yuxuculluğa gətirib çıxarır.

Xorultu, YOAS və fəsadlarının diaqnostikasının ən informativ metodu – Polisomnoqrafiyadır;

Polisomnoqrafiya – yuxu zamanı orqanizmin müxtəlif funksiyalarının kompleks monitorinqidir. Amma bu metodun öz nöqsanları var – onun YOAS-ın konservativ və cərrahiyə müalicə nəticələri üzrə dinamikada təkrar tədqiqatların keçirilmə zərurəti ilə əlaqədar olan yüksək qiyməti və çox zəhmət tələb etməsidir.

Xorultu və YOAS-in müalicəsi – ümumi (profilaktik) və xüsusi (müalicəvi) tədbirlərə bölünür; onlar da, öz növbəsində, konservativ və cərrahi müalicə metodlarına ayrılırlar. Əsas məqam ilk növbədə rinoskopya zamanı aşkar edilir. Burun tənəffüsün çətinləşməsinə imkan yaradan və nəfəs almağa böyük müqavimət yaradan səbəblər – burun çəpərinin əyriliyi, burun konxalarınin hipertrofiyası, polipoz sinusit, damaq badamcıqlarınin ( tonzilla) hiperplaziyası, burun-udlağın kistası, piylənmə zamanı udlağın selikli qişaaltı təbəqəsində piy toxumasının yığıntıları, burun-udlağın xoşxassəli və bədxassəli törəmələri. Bütün sadalanlar yumşaq toxumaların vibrasiyası və xorultunun əmələ gəlməsi ilə müşayiət olunur.

Xəstəliyin müalicəsi səbəbinə görə aparılır:

bədən çəkisinin azalması;

siqaretdən imtina etmək;

alkoqol, trankvilizator və yuxu gətirici preparatların qəbulunun (xüsusuilə də, gecə) dayandırılması;

yuxu zamanı bədənin vəziyyətinin dəyişməsi;

CPAP – terapiya (ing.dil. “continuous aitway pressure”) – ən effektiv konservativ müalicə metodudur.

Buruna hava keçirməyən maska bərkidirlər, onun içərisində mini – ventilyator vasitəsilə artıq təzyiq yaradırlar. Pacientlər müalicənin artiq birinci gecəsi yaxşılaşma hiss edirlər. Amma bu metodikanın nöqsanı odur ki, o, yalnız kompensator xarakter daşıyır, yəni YOAS-nun sağalmasına gətirib çıxarmır.

Cərrahi metodlar – lazerdən, kriocərrahiyədən, radiocərrahiyədən istifadə etməklə aparılır. Uvulopalatoplastika – yumşaq damaqda xüsusi tikişlərin qoyulması əməliyyatıdır.

Yüngül dərəcəli xəstəlikdə 98%, ağır xəstələrdə 60% effekt verir. Son illər yumşaq damaq və burun-udlaqda yeni minimal invaziv cərrahiyə metodları işlənib-hazırlanmışdır.

Onların üstünlükləri:

ətraf toxumaların zədələnməsini azaldan qoruyucu kəsik, yaxşı koaqulyasiya effekti, yara divarlarının nekrozunun olmaması, onun tez sağalması, əməliyyat texnikasının sadəliyi.

Beləliklə, xorultu, xüsusilə də, yuxunun obstruktiv apnoe sindromu ilə müşayiət olunan forması – kifayət qədər yayılmış xəstəlikdir ki, bu zaman hipoksiyadan organizmin bütün orqan və sistemləri əziyyət çəkir. Bu patologiya yalnız tibbi deyil, həm də sosial problemdir və vaxtında aşkar edilib aradan qaldırılması vacibdir.

Mənbə: Xanım.net
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *