Bağla

AzNews.info



Bölmə: Sosial

İşçi Komissiya Qubada 10 yaşlı Nurayla görüşüb

İşçi Komissiya Qubada 10 yaşlı Nurayla görüşüb


Ədliyyə Nazirliyinin icra baş idarəsinin Quba icra şöbəsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiyası Quba rayonuna səfər edib.

Aznews.info APA-ya istinadən verdiyi məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunan komissiya üzvləri 10 yaşlı Nuray və ailə üzvləri ilə görüşür.

Görüşdə komitənin sədr müavini Aynur Sofiyeva, millət vəkili Qənirə Paşayeva, Quba rayon İcra Hakimiyyətinin üzvləri iştirak edir. Görüşdə jurnalistlərin iştirakına icazə verilməyib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 8 yanvar 2017 16:27
  • Yazan: valeh
Uşağın hislərini nəzərə almağı xahiş edirəm

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *