İzmirdəki terrordan sağ çıxan polisin fotosu yayıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İzmirdəki terrordan sağ çıxan polisin fotosu yayıldı

İzmirdəki terrordan sağ çıxan polisin fotosu yayıldı

İzmirdə məhkəmə binası qarşısında törədilən partlayış nəticəsində ağır yaralanan polislərdən birindən xəbər var.
Femida.az xəbər verir ki , 10 yaralıdan biri olan Mehmet Ali Gökçenin vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bomba yüklü avtomobillə törədilən partlayışda əlləri, üzü və saçları yanan Gökçenin, sağ ayaq baş barmağı parçalanmışdı. Həkimlər onun sağ qalacağına ümid etmirdilər. Hazırda polisin həyati təhlükəsi qalmayıb. Bunu polisin xəstəxanadan paylaşılan şəklində aydın görmək mümkündür. Şəkildə diqqəti çəkən daha bir məqam polisin əli ilə türk millətçilərinin işarəsi olan "bozqurd" işarəsi tutmasıdır.

Qeyd edək ki, yanvarın 5-də İzmirdə məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb. Partlayışdan sonra terrorçularla polislər arasında atışma olub.

Mənbə: femida.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *