Bağla

AzNews.info



Bölmə: Sosial, Təhsil

Nazirlik sinif rəhbəri vəzifəsinin ləğvi ilə bağlı yayılan məlumata aydınlıq gətirdi

Nazirlik sinif rəhbəri vəzifəsinin ləğvi ilə bağlı yayılan məlumata aydınlıq gətirdi


Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aznews.info xəbər verir ki, Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər həqiqətəuyğun deyil:

“Ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumat həqiqətəuyğun deyil. Ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.

Bununla belə, I-IX siniflərdə tədris olunan “Həyat bilgisi” fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi II yarımildən dayandırılıb”.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *