Vergilər Nazirliyində yeni təyinat olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Vergilər Nazirliyində yeni təyinat olub

Vergilər Nazirliyində yeni təyinat olub


Vergilər Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.

Aznews.info “Report”-a istinadən xəbər verir ki, Nazirliyin Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinə yeni baş direktor təyin edilib.

Nazir Fazil Məmmədovun əmri ilə sözügedən vəzifəyə ədliyyə müşaviri İsmayılov Vüqar İsmət oğlu təsdiq edilib.

O, bundan əvvəl Nazirliyin bu il, yanvarın 1-dən eyni adlı departamentə çevrilmiş Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub.

Xatırladaq ki, Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti Vergi auditi və operativ nəzarət İdarəsinin bazasında yaradılıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *