Şəhid polis azərbaycanlı qızı necə xilas edib? » AzNews.info -Xəbər portalı

Şəhid polis azərbaycanlı qızı necə xilas edib?

Şəhid polis azərbaycanlı qızı necə xilas edib?


İzmir ədliyyəsi qarşısında yanvarın 4-də törədilən xain hücumda canı bahasına insanların həyatını xilas edən qəhrəman polis Fethi Sekin böyük bir faciə baş verməsinin qarşısını alıb.

AzNews.info Modern.az-a istinadən xəbər verir ki, şəhid yol polisi Fethi Sekinin ədliyyə önündəki regionda xidmətdə olduğu və terrorçuları fərq edincə avtomobilini dayandırdığı, terrorçuların avtomobillərdən düşərək qaçmaq istədiyi zaman silahını çəkərək xainlərdən birini orada öldürdüyü, sonra isə şəhid olduğu öyrənilib.

Hurriyet.com.tr.nin sosial media hesabında şəhid polislə təxminən 2 ay əvvəl yaşadığı xatirəni danışan və “Şəhid qardaşımızın ruhu şad olsun” deyən tərcüməçi Günel Tahirli Cansunun dedikləri isə hər kəsi təsirləndirib. Məhz şəhid polis Sekin və “Azərbaycan qızı, Türk gəliniyəm”,- deyən Cansunun yazdıqları.

Şəhid polislə bağlı ağladan paylaşım

Hurriyet.com.tr-in “Facebook” səhifəsində bir “Hürriyyət” qəzeti oxucusunun paylaşdığı fikirlər hər kəsi təsirləndirib. Şərhin sahibi İzmirdə yaşayan Günel Tahirli Cansudur. Cansu noyabrın 3-də şəhid polisi Fethi Sekin ilə yaşadığı dialoqu yazıb. Rus dilini bildiyi üçün ədliyyədə zaman-zaman bələdçilik və tərcüməçilik etdiyini bildirən, “Azərbaycan qızı, Türk gəliniyəm. Şəhid qardaşımızın ruhu şad olsun”, - deyən Günel Tahirli Cansunun fikirləri belədir:

“Qardaş, evdə uşaq qoyub gəldim”

Tərcüməçilik etdiyim üçün tez-tez gedirəm İzmir ədliyyəsinə. Bir müddət əvvəl bir məhkəmə iclasına qatılmalı idim. Məhkəmədə iclas saatına az qalırdı, avtomobili park etmək üçün yer tapmadım. Rəsmi avtomobillərin olduğu yerə doğru yaxınlaşdım. Bir polis avtomobili və yanında bir polis məmuru dayanmışdı, məhkəmə iclasına gecikirdim. Şüşəni açdım və polis məmuruna dedim: “Abi mən tərcüməçiyəm, heç yerdə yer tapmadım avtomobili park etmək üçün, evdə uşaq qoyub gəldim, təcili iclasa qatılıb evə qayıtmağım lazımdır, mənə yardımçı ola bilərsinizmi?

Polis məmuru polis arabasını çəkib və “Bacım, bura park elə" dedi. “Yaxşı”, - dedim, “Abi ən çoxu 1 saata qalmaz, hə”,-dedim. Getdim, məhkəmə iclası bitdi, çıxışda polis qardaşa yaxınlaşıb təşəkkür etdim, mənə dedi ki, “Bacım, avtomobilin şüşəsində kağız var, onu özün götürərsən”.

Avtomobilə yaxınlaşdım, kağızı əlimə alıb geriyə ona doğru getdim, “Qardaş”,- dedim “Cəza olmasın, bu”. “Yox” - dedi. “Cəza yazmasınlar deyə qoydum. Cəza gələrsə, bacım mən həmişə buradayam, narahat olmayın”.

“Bəli, şəhid olan həmin polisdir”

Kağızı avtomobilə qoydum. Axşam Taner gəlincə danışdım. Bu gün partlayışda bir yol polisinin şəhid olduğunu eşitdim, bir anda ağlıma o polis qardaş gəldi nədənsə, sonra “yox” dedim öz-özümə. Sosial mediada şəklini görəndə Taneri aradım, kağız avtomobildə qalmışdı çünki. Bir neçə dəqiqə sonra Taner mənə kağızın şəklini göndərərək “Bəli, o şəhid olan Fethi Seki”, - dedi.

Eynilə Günel Tahirli Cansunun dediyi kimi: “Yaxşılıqlar heç bir zaman unudulmur, Türk xalqının qüruru. Allah rəhmət eləsin sənə qardaş”.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *