Azərbaycanda dəhşətli hadisə: Məhkəmədə 10 yaşlı qıza zor tətbiqi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycanda dəhşətli hadisə: Məhkəmədə 10 yaşlı qıza zor tətbiqi – VİDEO

Azərbaycanda dəhşətli hadisə: Məhkəmədə 10 yaşlı qıza zor tətbiqi


Müraciətdə azyaşlı Nuray qeyd edirdi ki, ona bu günə kimi atalıq etməyən "bioloji atası”ndan imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir.

Qızcığaz açıq şəkildə bu günə kimi nə ona nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxmayan "bioloji ata”sını qəbul etmədiyini bildirirdi. Lakin Azərbaycandakı məhkəmə hakimləri, məhkəmə icraçıları 10 yaşlı Nuray Bayramzadəni "bioloji atası”na, "belindən gəldiyi kişiyə” qaytarmaq üçün hansısa hakimin nəyinsə müqabilində verdiyi qanunsuz qərarın icrasına start verib. Bu zaman isə uşağa zor tətbiq edilib, azyaşlını psixoloji təzyiqə məruz qoyub, uşağın gələcək həyatını sual altına alıblar.

Hazırda baş verənlərdən sarsılan 10 yaşlı Nuray Bayramzadə həkim nəzarəti altındadır və sayaqlamalarla müşahidə olunan həyəcanlar keçirir. Uşağın heç bir rəyi soruşulmadan məhkəmə hakiminin verdiyi qərar qanunlarla tənzimlənmir. 10 yaşlı uşağı bu günə kimi atalıq etməyən, videogörüntülərdən də göründüyü kimi psixoloji və tərbiyəvi durumu yerində olmayan bir "ata”nın himayəsinə zorla vermək nə qədər qanunlarla sığan addımdır. 10 yaşlı uşağın hüquqlarını, gələcəyini nəyinsə müqabilində məhv etmək nə qədər doğrudur? Məhkəmə icraçılarının da olduğu video görüntülər əsl biabırçılıqdır. Azyaşlı uşağa bu formalı təzyiqlərə görə, heç kim məsuliyyət daşımaq istəmir. Belə halları, ölkə başçısı İlham Əliyev, uşaqların müdafiəçisi olan birinci xanım Mehriban Əliyeva və Ədliyyə naziri cənab Fikrət Məmmədovun da görməsi vacibdir…

Bəlkə bundan sonra 10 yaşlı Nurayı sakit buraxarlar. Videogörüntülərdən hər şey aydın görünür…


Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *