Bağla

AzNews.info



Bölmə: Sosial, Səhiyyə

Azərbaycanda 11 nəfərdə qripə bənzər xəstəlik aşkarlanıb

Azərbaycanda 11 nəfərdə qripə bənzər xəstəlik aşkarlanıb

Son 3 ayda nisbətən ağır gedişli respirator xəstəliyi olan 258 xəstədən material götürülərək Respublika Taun Əleyhinə Stansiyasında (RTƏS) müayinə olunub.

Oxu.Az xəbər verir ki, RTƏS-ın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya bildirib ki, ötən ilin oktyabrından aparılan müayinələr nəticəsində onlardan 5-də paraqrip, 6-da isə adena virus aşkarlanıb. R. İsmayılova qeyd edib ki, bunlar qrip deyil, qripə bənzər xəstəliklərdir: “Simptomatikası oxşayır, yüksək hərarət, boğaz ağrısı, öskürək olur. Ümumilikdə isə patogen qrip aşkarlanmayıb. Müraciətlər əsasən, kəskin respirator viruslarla bağlı olub. 17 yaşına qədər uşaqlar isə ümumi müraciətlərin 20%-ni təşkil edib”.

Şöbə müdiri qeyd edib ki, insanlar xəstələndikdə, hansısa narahatlıqları olduqda müvafiq tibb müəssisələrinə müraciət etməlidirlər. Onun sözlərinə görə, RTƏS-ın laboratoriyasına müayinə materialları yalnız tibb müəssisələrindən daxil olur. Hazırda vəziyyət stabildir və artım yoxdur.

Mənbə: Oxu.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *