Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək » AzNews.info -Xəbər portalı

Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək

Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək


“2017-ci ilin ilk aylarında Azərbaycanda mobil rabitə operatorlarının SIM-kartlarının mərkəzləşdirilmiş satış sisteminin tətbiq olunacağı gözlənilir”.

Aznews.info xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, söhbət operatorların abunəçilərinin onlayn rejimdə müəyyənləşdirilməsinə imkan verən sistemdən gedir. SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm operatorun məlumat bazasına, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil ediləcək.

Hökumətin SIM-kartların satışı proseduruna dəyişikliklər barədə müvafiq qərarına uyğun olaraq, kartların qeydiyyatı mərkəzləşdirilmiş və bütün operatorlar üçün vahid qaydada aparılacaq. Bu addım həmin sahədə olan nöqsanları aradan qaldırmağa və satışları sistemləşdirməyə imkan verəcək.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *