Azərbaycanda daha bir olimpiada keçiriləcək » AzNews.info -Xəbər portalı

Azərbaycanda daha bir olimpiada keçiriləcək

Azərbaycanda daha bir olimpiada keçiriləcək


2019-cu ildə Azərbaycanda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək.

AzNews.info APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, beynəlxalq olimpiada ADA Universitetinin bazasında reallaşacaq.

Nazir qeyd edib ki, bu yaxınlarda Beynəlxalq İnformatika Olimpiadasının rəhbərliyi ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub: “Azərbaycan məktəblərində müasir proqramlaşdırmaya dair informatika məzmununun yaradılmasına və yeni məzmunun tədrisi, müəllimlərin hazırlanması üçün proqramın hazırlanması razılaşdırılıb. Əminik ki, Beynəlxalq İnformatika Olimpiadasından bizə qalan mirası təhsilin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi olacaq. Bu gün təhsilin qarşısında duran əsas vəzifələrdən biri də informatika kursunun məzmunun müasirləşdirilməsidir. Bu, çox böyük və vacib mövzudur”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *