Fazil Mustafa həmkarını sərt şəkildə tənqid edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Fazil Mustafa həmkarını sərt şəkildə tənqid edib

Fazil Mustafa həmkarını sərt şəkildə tənqid edib


“Rusiyaya köçüb getmiş azərbaycanlılara qarşı “otxod” sözünün işlədilməsinə münasibətim birmənalı mənfidir”.

Aznews.info Modern.az-a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa həmkarı Astan Şahverdiyevin Rusiyada işləyən azərbaycanlılar barədə səsləndirdiyi xoşagəlməz ifadəyə münasibət bildirərkən deyib.

F.Mustafanın sözlərinə görə, Azərbaycandan xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir.

“Hətta onların içində Rusiya və başqa ölkələrdə davranışlarına görə müəyyən problemlər yaradan insanlar varsa, bunun da günahını onların yetişdiyi məhz buradakı təhsil, ailə və sosial mühitində axtarmaq lazımdır. Orada Azərbaycanı ləyaqətlə təmsil edən minlərlə tanıdığımız və tanımadığımız insanlar var. Bu insanların böyük əksəriyyəti adi yaşamını təmin etmək üçün ölkəni tərk etməyə məcbur olublar. Azərbaycanda minlərlə ailələr var ki, yaşamaq üçün ümidlərini oradan yaxınlarının göndərdiyi vəsaitə dikiblər.

Ümumilikdə isə mühacirətdə olan həmvətənlərimizə münasibətimiz fikrimcə belə düzənlənməlidir: Yaxşıları, faydalıları dəstəkləyərək nümunəyə çevirmək, pis obrazda tanınanların yaşadıqları cəmiyyətə islah olunaraq interasiyasına yardım etmək. Yəni diasporun keyfiyyətini yüksəltməyin yolu ona dövlət olaraq, cəmiyyət olaraq səmimi və məqsədyönlü şəkildə sahib çıxmaqdan və onlardan ölkənin mənafeyi üçün faydalanmaqdan başlayır”.
Fazil Mustafa həmkarını sərt şəkildə tənqid edib

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *