Bağla

AzNews.info



Bölmə: Sosial

Astan Şahverdiyev: Niyə üzr istəyim ki?!

Astan Şahverdiyev: Niyə üzr istəyim ki?!


“İki gün öncə verdiyim açıqlamada heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm?! Amma dediklərimə görə təəssüf edirəm. Əsəbi olmuşam, o cür ifadə işlətmişəm. Siz də o mənzərəni görsəydiniz, elə deyərdiniz”.

Aznews.info xəbər verir ki, bunu Report-a açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev deyib.

O, telefon nömrəsinin sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirib:

“Elektron ünvanım yoxdur. Hazırkı telefon nömrəmi də 11 ildir ki, işlədirəm. Hər kəs də bilir. Nömrəmi sosial şəbəkələrdə paylaşmaları onların öz işləridir”.

A.Şahverdiyev qeyd edib ki, Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin problemi “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə müzakirə edilib:

“Məsələ Azərbaycan Prezident Administrasiyasına məruzə olunub. Artıq sakinlərin elektrik enerjisi bərpa edilib. Bu halların təkrar olunmaması üçün yollar axtarılır. Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasında çıxış edəcəm, xahiş edəcəm ki, insanların problemi həll edilsin. Bilirsiz ki, qış sərt olacaq, camaatın da yeganə istilik mənbəyi elektrik enerjisidir. Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasınlar”.

Qeyd edək ki, A.Şahverdiyevin iki gün öncə “Azadlıq radiosu”na verdiyi müsahibə qalmaqala səbəb olub. O, müsahibəsində etiraz edənləri “nəşəli”, “içkili” adlandırıb. Həmçinin Rusiyaya işlə bağlı gedənlər barədə də “otxod” ifadəsini işlədib.

Mənbə: Report.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *