Deputat: Bir qrup nəşəli, içkili adam baş qaldırıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Deputat: Bir qrup nəşəli, içkili adam baş qaldırıb

Deputat: Bir qrup nəşəli, içkili adam baş qaldırıb


Deputat Astan Şahverdiyev dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin etiraz aksiyasını keçirməsinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Astan Şahverdiyev “Azadlıq” radiosuna müsahibəsində aksiyada saxlanılanlar haqda danışarkən aşağıdakı ifadələri səsləndirib:

“Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə.

O saxlanılanlar ən “yarıy” adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq bu işlərdə aktivdirlər, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar...

Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar.

Burada əhalinin də günahı var. Ayda adambaşına limit qoyulub. Bunlar da limiti keçirlər. Limiti də keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burada hakimiyyətin günahı yoxdur. Günah əhalidədir”.

Deputat eyni zamanda Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırıb.

“Onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir?

Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burada baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burada 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır".

Lakin Milli Məclisin deputatı Astan Şahverdiyev Modern.az saytına verdiyi açıqlamada ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları inciməsindən təəssüflədiyini bildirib.
A.Şahverdiyevin sözlərinə görə, o, kobud ifadə səsləndirmək fikrində olmayıb.

“Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Burada, əlbəttə ki, şəxsən mənə qarşı olan məsələlər də ortalığa çıxıb. Təxminən haradan qaynaqlandığını da bilirəm. Mən, əlbəttə, elə demək istəməmişəm.

Cəbrayıllılarla baş verən insidentdən sonra mənə “Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi”.

Deputat Xalq artisti Faiq Ağayevin onu ana dilini bilməməkdə suçlamasına da cavab verib:

“Mən müxbirə dedim ki, “yarıy” sözünün mənasını tapa bilmirəm. Amma bu, o demək deyil ki, mən ana dilimi bilmirəm. Mən sərbəst şəkildə rus dilində, ingilis dilində də danışıram. Ana dilimdə hamıdan yaxşı danışıram”.

Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı, 3 nəfər məcbur köçkün həbs olunub.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil Rayon İcra Hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *