Azərbaycan +18 filmə etiraz edir » AzNews.info -Xəbər portalı

Azərbaycan +18 filmə etiraz edir

Azərbaycan +18 filmə etiraz edir


"Bozun 50 çaları" filmi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da narazılıqlara səbəb olub. Valideynlər bu tərz filmlərin mənəvi-əxlaqi dəyərlərə zidd olduğunu, yeniyetmə və gənclərin tərbiyəsinə, ailə münasibətləri haqqında düşüncələrinə çox pis təsir etdiyini deyirlər.

Son bir neçə gün ərzində valideynlər ANS PRESS-in qaynar xəttinə müraciət edərək narazılıqlarını bildiriblər. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib ki, dövlət filmlərin nümayişi zamanı yalnız müəyyən mövzular üzrə nəzarət edə bilir. "Bunlar irqi, dini, siyasi və pornoqrafioya mövzularıdır. Qalan mövzularda isə kinoteatrlar sərbəstdirlər".

"Bununla belə, cəmiyyət də yayımlanan filmlərə qarşı həssas olmalıdır. Əgər vətəndaşların filmlər, filmlərin mövzusu ilə bağlı təklifləri, şikayətləri, fikirləri varsa, nazirlik bütün təkliflərə baxmağa hazırdır. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyin rəsmi saytında onlayn müraciət forması da var. Hər bir vətəndaş müraciət edə bilər", - deyə Vüqar Şıxməmmədov əlavə edib.

O həmçinin bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kinoteatrlardan Nizami kino mərkəzi də dövlət kinoteatrı kimi Mədəniyyət və Turizm Nazirliyinin strukturundadır: "Bu kinoteatrda yayımlanan filmlərə, ümumiyyətlə, kino repertuarına nazirlik nəzarət edir. Bu filmlər mütləq nəzarət keçir və sonra yayımlanır. Digər kinoteatrlar müstəqildirlər, sahibklarlıq subyektidir. Buna görə də dövlət bu kinoteatrlara nəzarət edə bilmir".

Qeyd edək ki, "Bozun 50 çaları" filmi ən varlı yazıçılardan biri olan E.L.Ceymsin eyniadlı əsəri əsasında çəkilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *