Xəzərdə neftçilərin axtarışına minə yaxın insan və texnika cəlb olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Xəzərdə neftçilərin axtarışına minə yaxın insan və texnika cəlb olunub

Xəzərdə neftçilərin axtarışına minə yaxın insan və texnika cəlb olunub


“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən yaradılmış Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mütəxəssislərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarının planı təsdiq olunaraq, axtarış-xilasetmə sektorları müəyyən edilib.

AzNews.info xəbər verir ki, axtarış-xilasetmə Qərargahından APA-ya verilən məlumata görə, plana uyğun olaraq tədbirlər həyata keçirilməsi təmin edilməkdədir.

Hazırda qeyd olunan Plan üzrə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv axtarış-xilasetmə işləri davam etdirilməkdədir. Eyni zamanda sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilməkdədir.

Əlavə olaraq, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb. Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *