Ələt-Astara yolunda avtomobil aşıb: » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

Ələt-Astara yolunda avtomobil aşıb: Yaralanlar var

Ələt-Astara yolunda avtomobil aşıb:

Salyan rayonunda yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 38 yaşlı Nuriyyə Novruz qızı Rufullayeva idarə etdiyi “Hyundai” markalı avtomobillə Bakı istiqamətində hərəkət edərkən idarəetməni itirib və nəticədə maşın yol kənarına aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və 8 yaşlı qızı Tehran Əvəz qızı Novruzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ana və övladı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdıtılıb, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra hər ikisi ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *