Bakıda avtobus sürücüləri sərnişini zorladılar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda avtobus sürücüləri sərnişini zorladılar

Bakıda avtobus sürücüləri sərnişini zorladılar

Bakıda avtobus sürücüləri 30 yaşlı qadını döyərək zorlayıblar.

"Report" xəbər verir ki, hadisə 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb.

Məlumata görə, 30 yaşlı bir qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü (adı açıqlanmır) ilə tanış olub. Bir neçə gün sonra isə sürücünün evindəki qonaqlıqda iştirak edib.

O, yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü, 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etirazını bildirib.

Bundan sonra sürücülər həmin qadını zorlayıblar. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşları gəliblər. Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hər iki şəxs tutulub.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *