Azad Rəhimov: Azərbaycanda Antidopinq Agentliyi yaradılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Video

Azad Rəhimov: Azərbaycanda Antidopinq Agentliyi yaradılacaq – VİDEO

Azad Rəhimov: Azərbaycanda Antidopinq Agentliyi yaradılacaq


Bu gün “Boulevard Hotel”də mayın 12-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

Oxu.Az xəbər verir ki, tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, baş katibin müavini Said Abdulqaffar Huseyn və baş direktor Xalid Abdullar Bin Al-Şeyx iştirak ediblər.

Azad Rəhimov bildirib ki, İslam Oyunlarının başlamasına 5 aydan bir az çox vaxt qaldığı müddətdə bütün işlər planlandığı qaydada, qrafikə uyğun olaraq gecikməsiz yerinə yetirilir. Nazir həmçinin onu da vurğulayıb ki, işlərin ən əsas hissəsi bu gündən başlayır.

Nazir bu gün keçirilən “chef de mission” seminarında 50 ölkədən 71 nümayəndənin iştirak etdiyini, tədbirdə idmançıların gəlişi üçün çarter reyslərinin təşkili, idmançıların Bakıda yerləşdirilməsi, qidalanması, antidopinq məsələləri və digər təşkilati məsələlər haqqında müzakirələr aparıldığını qeyd edib.

Azad Rəhimov Azərbaycanda Antidopinq Agentliyinin yaradılması üçün də işlər görüldüyünü qeyd edib. Nazir agentliyin bu ilin sonuna kimi yaradılacağını deyib.

Sonda isə Azad Rəhimov bildirib ki, İslam Ölkələrinin hamısını bu oyunlarda görmək və idmançıların hamısının Azərbaycandan razı qayıtmaları üçün çalışılır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *