Şəmkir-Gədəbəy yolunda üç avtomobil toqquşub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Şəmkir-Gədəbəy yolunda üç avtomobil toqquşub

Şəmkir-Gədəbəy yolunda üç avtomobil toqquşub

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.

Qarşı qarşıya hərəkətdə olan “VAZ 2107” və “Ford” markalı avtomobillər toqquşub. Hərəkətdə olan “Mercedes”də qəzaya uğrayan “VAZ”a çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Onlardan iki nəfərin vəziyyəti ağır, bir nəfərinki isə normal qiymətləndirilir.

Yaralılar Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib. Qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *