“Azəriqaz” qaz sayğaclarına limit qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

“Azəriqaz” qaz sayğaclarına limit qoydu – VİDEO

“Azəriqaz” qaz sayğaclarına limit qoydu

İndiyə qədər qaz sayğacları üçün smart kartınızın balansını artırmaq üçün maksimum iki min manat yükləyə bilirdiniz. Artıq bu rəqəm 100 manata endirilib.

Ödəmə terminallarında bu haqda elan yerləşdirilib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, Tarif Şurasının təbii qazın qiymətinin diferensiallaşdırılması ilə bağlı müvafiq qərarından sonra bu addım atılıb. Limitin qoyulmasına səbəb sırf texniki məsələdir.

Kartınızdaki 100 manatı sayğaca yükləyəndən sonra yenə balansınızı 100 manat artırmaq istəsəniz yalnız bir dəfə şans veriləcək.

Proses sadəcə bir aylıq nəzərdə tutulub. Gələn ilin yanvarın 1-dən ödəmə əvvəlki qaydada aparılacaq.

Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *