Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Təhsil, Foto

Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi – FOTO

Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi

“PwC Azərbaycan” vergi mübahisələri, onların həlli və meqatendensiyalar mövzusunda seminar keçirib.

Oxu.Az xəbər verir ki, “PwC Azərbaycan” şirkətinin vergi və hüquq mütəxəssislərinin keçirdiyi seminarda 100-dən çox biznes və media nümayəndəsi iştirak edib. Seminardan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Konfransda şirkətin Vergi və Hüquq məsələləri üzrə partnyoru Maykl Ahern bildirib: “Vergi ödəyiciləri və vergi orqanları arasında yaranan vergi mübahisələrinin iqtisadi mahiyyət əsasında şəffaf və sistemli şəkildə həlli biznes üçün çox vacibdir.

Son 15 il və daha artıq dövrdə qlobal vergi mühitində böyük dəyişikliklər baş vermişdir. Vergi mübahisələrinin vergi ödəyicilərinin xeyrinə həll edilməsi imkanları daha yüksək olduğuna görə onların bu prosesdə iştirakı vacibdir”.

Əvvəllər vergi ödəyiciləri aqressiv vergi strukturları tətbiq edə bilirdilər və müəyyən dərəcədə bu, norma sayılırdı. Müasir dünyada daha çox şəffaflıq mövcuddur və vergi strukturları kommersiya reallığına əsaslanır.

Digər müsbət cəhət isə əvvəlki dövrlərlə müqayisədə vergi ödəyiciləri və vergi orqanları arasında etibarlı, şəffaf və texnologiyaya əsaslanan qarşılıqlı münasibətlərin olmasıdır. Azərbaycan bu dəyişikliyin ilkin mərhələsində olsa da, belə dəyişikliklər zəruridir.

“PwC Azərbaycan”ın Vergi məsələləri üzrə direktoru Arif Quliyev bildirib: “Biz vergi mübahisələrinin vergi ödəyicilərinin xeyrinə həll olunması hallarının artdığını görürük.

Belə ki, 2016-cı ildə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına qarşı qaldırılmış iddiaların Vergi Apellyasiya Şurasında təxminən 44%; 1-ci instansiya məhkəməsində 35% (mübahisələndirilmiş vergi məbləğinin 8%); Apellyasiya məhkəməsində 57% (mübahisələndirilmiş vergi məbləğinin 62%); və Ali Məhkəmədə 52% (mübahisələndirilmiş vergi məbləğinin 34%) tamamilə və ya qismən vergi ödəyicilərinin xeyrinə həll edilib”.

Şirkətlərin və kütləvi informasiya vasitələrinin maraqlarını nəzərə alaraq, PwC və Dünya Bankı Qrupunun birgə hazırladığı “Vergi Ödəmələri” (The Paying Taxes) hesabatı tədbir zamanı diqqət mərkəzində olub.

“Paying Taxes” hesabatındakı göstərici dünyanın 190 ölkəsində yerli şirkətlərin vergi qanunvericiliyinə və qaydalarına uyğunluğu baxımından vergi sistemlərini təhlil edir.

“İnzibati vergi islahatları, o cümlədən “bir pəncərə” qeydiyyat sistemi, vergi və sosial sığorta hesabatlarının elektron təqdimatı, elektron hesab-faktura, elektron vergi ödənişləri nəticəsində “Paying Taxes” hesabatında Azərbaycanın reytinqi 2008-ci ildə 108-ci pillədən (“Doing Business 2010” hesabatı) 2015-ci ildə 40-cı pilləyə kimi yüksəlmişdir (“Doing Business 2017” hesabatı). Azərbaycan ABŞ (36), Avstriya (42), Polşa (47) və Almaniya (48) kimi ölkələr ilə eyni sırada yer alıb”, - deyə Arif Quliyev bildirib.

Son 10 il və daha artıq dövrdə beynəlxalq vergi sisteminin ən aktual mövzusu transfer qiymətləri olub və bu gün də o, öz aktuallığını qorumaqdadır.

Azərbaycan bir çox ölkələr kimi, öz vergi daxilolmalarını qorumaq üçün transfer qiymətlərinin tənzimlənməsi sahəsində müasir qanunvericilik bazası yaratmalıdır. Belə bir sistem yaradılmazsa, mənfəət transfer qiymətlərinin tənzimlənməsi sahəsində müasir qanunvericilik bazası olan ölkələrə yönələcək.

Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi
Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi
Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi
Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi
Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi
Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi
Bakıda vergi mübahisələrinə həsr edilmiş seminar keçirildi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *