Soso Pavliaşvilinin konserti Bakının mərkəzində qarışıqlıq yaratdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Maqazin

Soso Pavliaşvilinin konserti Bakının mərkəzində qarışıqlıq yaratdı

Soso Pavliaşvilinin konserti Bakının mərkəzində qarışıqlıq yaratdı

Soso Pavliaşvilinin bu gün konsertinin keçiriləcəyi Heydər Əliyev sarayının önündə xeyli adamın toplaşdığı müşahidə edilir.

Oxu.Az xəbər verir ki, bunu virtualaz.org-a hadisə yerində olan oxucular xəbər verib.

Təşkilatçılar konserti yarım saat təxirə salıb, gəlməkdə davam edən insanlar sarayın ərazisinə buraxılmır.

Konsertin gecikməsinin səbəbi açıqlanmır.

Qeyd edək ki, Pavliaşvili 2004-cü ildə Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmişdi və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulub.

2016-cı ilin oktyabr ayında isə Azərbacyan Xarici işlər nazirliyi müğənninin adını “qara siyahı”dan çıxarıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *