Qalmaqallı “Ferma” niyə efirə getmədi? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Media, Video

Qalmaqallı “Ferma” niyə efirə getmədi? – VİDEO

Qalmaqallı “Ferma” niyə efirə getmədi?


ARB TV-də yayımlanan “Ferma” verilişinin bu gün saat 15:30-dakı təkrar buraxılışı efirə getməyib. Verilişin yerinə sənədli film yayımlanıb.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı telekanal rəsmisi İsmayıl Həsənov Ölkə.Az-ın suallarını cavablandırıb:

“ARB TV-nin efirində yayımlanan “Ferma” verilişinin bu gün saat 15:30-da efirə getməli olan təkrar bölümünü efir torundan çıxarmışıq. Eyni zamanda verilişin bu axşam saat 21:00-da efirə getməli olan yeni bölümünü də təxirə salmışıq. Verilişdə yaşanan bəzi xoşagəlməz halların bir daha yaşanmaması üçün çalışırıq. Məqsədimiz “Ferma” verilişinin köhnə nüfuzunu geri qaytarmaqdır, hazırda bununla bağlı veriliş üzərində iş gedir”.

Telekanal rəsmisi verilişin gələcək taleyinə də aydınlıq gətirib:

“Baxın, biz çox vaxt gənclərimizin öz telekanallarımıza baxmadığından şikayətlənirik. Halbuki bu verilişlə bağlı bizim qaynar xəttimizə gələn zənglər, bizə yazılan məktublar, keçirilən sorğular, sosial şəbəkələrdəki reaksiyalar göstərir ki, “Ferma” gənclərimizin ən çox baxdığı verilişlərdən biridir. Gənclərin baxdığı bir verilişin yayımının dayandırılması bizcə, məqsədəuyğun deyil. Tamaşaçımızı öz telekanallarımızdan uzaqlaşdırmaq düzgün olmaz. Problemlər ola bilər, amma əsas odur ki, bu problemləri həll edə bilək. Hazırda “Ferma” verilişinin yaradıcı heyəti və iştirakçıları telekanal rəhbərliyinin göstərişi ilə iclas keçirməkdədir. Verilişdə bir daha oxşar halların yaşanmaması üçün tədbirlər görülür. Bu addımlar təkcə son vaxtlar verilişlə bağlı yazılan xəbərlərlə əlaqəli deyil və yalnız “Ferma” verilişinə də şamil olunmur. Bu addımlar telekanaldaxili monitorinqlərin nəticələri əsasında atılır. Biz mütəmadi olaraq, telekanal daxilində monitorinqlər aparırıq, ümumi yayım prinsiplərimizə zidd olacaq məqamlara xüsusi həssaslıqla yanaşırıq.

Telekanal rəhbərliyi tərəfindən verilişdəki nöqsanların aradan qaldırılması üçün verilişin yaradıcı heyəti qarşısında tələblər qoyulub. Bütün bu nöqsanlar aradan qalxdıqdan sonra veriliş efirə qayıdacaq”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *