Deputatların maaşı artırılmalıdırmı? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Deputatların maaşı artırılmalıdırmı?

Deputatların maaşı artırılmalıdırmı?


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədovun “Deputat maaşı ilə dolana bilmirəm. Çünki maaş 2200 manatdır” açıqlaması cəmiyyətdə, xüsusilə, sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Müəyyən bir təbəqə 2200 manatın onlar üçün əlçatmaz olmasını, başqa bir təbəqə isə illik maaşlarının bu qədər olmadığını bildirib. Bəzi deputatlar isə həmkarının səsinə səs verib.

Oxu.Az xəbər verir ki, Milli Məclis üzvlərindən olan Aqil Abbas və Fazil Mustafa da əmək haqqlarının az olmasından şikayətləniblər.

Millət vəkili Fəzail Ağamalı deputatların maaşlarının artırılmasının məqbul hesab etmədiyini bildirib:

“Buna ehtiyac da yoxdur. Deputatların maaşı yüksək katiqoriyaya daxildir. Danışanda bunu nəzərə almaq lazımdır. Hər bir deputatın təklif vermək hüququ var və o tanınıb, hörmət edilməlidir.

Mən də öz hüququmdan istifadə edib deyirəm ki, maaşların artırılmasının tərəfdarı deyiləm. Deputatlar da zəhmət çəkib, kəmərlərini bir az bərkitsinlər. Bu da mənim təklifim”.

Milli Məclisin üzvü, deputat Tahir Süleymanov isə qeyd edib ki, bu gün cəmiyyətdə ziyalıların, səhiyyə işçilərinin, müəllimlərin və başqa sahələrdə çalışanların əmək haqqları azdır:

“Belə vəziyyətdə hər hansı bir deputatın əmək haqlarının qaldırılmasından danışmağa dəyməz. Əvvəlcə, yuxarıda sadaladığımız sahələrin əməkdaşlarının maaşları qaldırılsın.

O ki qaldı çatışmazlığa, əlbəttə, deputatın da özünün xərcləri, hər birimizin qayğıları, seçicilərimiz var. Vaxtaşırı seçicilərlə görüşməliyik. Dövlətimiz ilk öncə müəllimlərin və həkimlərin maaşlarını qaldırmalıdır. Lap sonda da deputatların maaşlarına baxılmalıdır”.

Şair Rüstəm Behrudi isə 2200 manatın deputatlar üçün çox olduğunu vurğulayıb:

“Əgər doğrudan da hər hansı bir deputat bu gün maaş azlığından danışırsa, hesab edirəm ki, aldıqları pul onlara çoxdur. Bu gün xalqın 70-80%-i çox aşağı dərəcəli maaşla dolanır. Bunu görən və bilən hansı deputat maaş azlığından danışa bilər?

Onların deputat maaşları yetərlidir. Bu açıqlamanı verən deputat Azərbaycan xalqının ziyalı təbəqəsinin, həkimlərin, müəllimlərin aldığı maaş cədvəlinə baxmalıdır. Əsl deputat o zaman utanmalıdır. Hesab edirəm ki, bu, səhv düşüncədir”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *