Sürücü polisə hədə-qorxu gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Sürücü polisə hədə-qorxu gəldi – VİDEO

Sürücü polisə hədə-qorxu gəldi


Növbəti reyd bu dəfə Şəmkirdə qanunsuz yükdaşıma və taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı keçirilib.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, aylardır, bəlkə də illərdir taksi fəaliyyəti ilə məşğul olub vergi ödəməyənlər bu dəfə Şəmkirdə hədəf seçilib.

Bu azmış kimi belə sürücülər yol polisinin yazdığı cərimə protokoluna da etiraz edib: “Mənim xəbərim yoxdur. Bu, təzə çıxıb? Taksi qoyan deyiləm. Bu, təzə maşındır”.

Gündəlik olaraq yükdaşıma və taksi fəaliyyəti ilə məşğul olan bu sürücülər fərqlənmə nişanı almaqdan imtina edirlər. Səbəb kimi isə ya qaydalardan xəbərsiz olduqlarını, ya da işə yeni başladıqlarını bəhanə gətirirlər.

Yol polisinin 40 manat məbləğində cərimə protokolu ilə razılaşmayan əksər sürücülər alternativ yollara əl atıblar. Bəziləri qarşı tərəfə hədə-qorxu da gəlib.

Sürücülərin etirazlarına baxmayaraq, gün ərzində 50-ə yaxın sürücüyə inzibati protokol yazılıb.

Bu haqda danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəmkir Regional Şöbəsinin rəisi Qafar Qarayev bildirib:

“Hazırda Şəmkirdə 400-500 nəfər taksi fəaliyyəti ilə məşğul olan sürücü var. Eyni zamanda 150-200 sürücü yükdaşıması ilə məşğul olur. Ancaq təəssüflər olsun ki, onların çox az bir qismi vergiyə cəlb olunur. Məsələn, oktyabr ayında cəmi 19 ədəd taksi dövlət rüsumunu ödəyib, taksi fəaliyyəti ilə məşğul olub. Yük avtomobillərindən isə cəmi 10 ədəd fərqlənmə nişanı alınıb. Qeyri-avtomobillər isə qanunsuz yük və sərnişindaşıması ilə məşğul olurlar”.

Reydlərin davam etdirilməsi isə cərimələnəcək sürücülərin sayının artacağından xəbər verir. Növbəti dayanacaq isə Gədəbəy olacaq.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 10 noyabr 2016 14:09
  • Yazan: zgy
Since officially registered in 1908, the Rolex brand has gone through over one hunderd years. Depending on the exquisite mechanism and excellent workmanship, Rolex watches have won plenty of great fames among consumers. The two founders German Hans Wilsdof and rolex replica sale might never expect Rolex could become so successful in the watch making industry. Nowadays, once mentioning replica watches sale must be the first word appearing in the rolex replica sale mind. With the improvement of science and technology, lots of replica watches highly imitating original replica watches sale are gradually entering into our life. Unlike the high price of original Rolex watches, these rolex replica sale cost much too cheaper. Any watch lover who favors Rolex are able to afford them. Although they are at lower cartier replica, they also possess superior quality.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *