Yeni sürücülük vəsiqələrində mövcüd olan qüsurlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Yeni sürücülük vəsiqələrində mövcüd olan qüsurlar – VİDEO

Yeni sürücülük vəsiqələrində mövcüd olan qüsurlar


Ekspert Ərşad Hüseynov layihə ilə bağlı maraqlı və əsaslı təkliflər verib.

Noyabrın 11-də Milli Məclisin plenar iclasında yol hərəkəti haqqında qanuna bir sıra dəyişikliklər müzakirəyə çıxarılacaq. Dəyişikliklərdə ilk dəfə sürücülük vəsiqəsi alanların imtahan verərkən avtomat və ya mexaniki ötürmələr qutusundan istifadə ilə bağlı seçim verilməsi, eləcədə xarici ölkədə alınan vəsiqənin dəyişdirilməsi ilə bağlı yeniliklər öz əksini tapıb. Amma qanunun təhlili bir sıra cavabsız sualları ortaya çıxarır.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yol hərəkəti haqqında qanuna təklif edilən dəyişikliklərdən biri sürücülük vəsiqəsi almaq üçün imtahanda avtomobilin sürət qutusunun avtomat və yaxud mexaniki olmasının nəzərə alınmasıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu yenilikdə qaranlıq qalan bir sıra suallar var.

Dəyişiklik qəbul edilsə, sonradan mexaniki ötürmələr qutusuna malik avtomobil idarə etmək istəyənlər yenidən imtahan verməli olacaqlar.

Ekspertin sözlərinə görə, yenilik təklif edilərkən ölkənin avtomobil parkı da nəzərə alınmalıdır.

Layihədəki digər yeniliyə görə Azərbaycan vətəndaşı xarici dövlətdə aldığı sürücülük vəsiqəsindən ölkəmizdə yalnız bir ay müddətində istifadə edə biləcək. Həmin müddət vətəndaşın ölkəmizə daxil olduğu gündən hesablanır. Müsbət cəhət ondan ibarətdir ki, hazırda yol polisinin mərkəzi məlumat sistemində xarici sürücülük vəsiqəsi ilə bağlı məlumatlar yoxdur. Bu isə sonradan ciddi problemlərə səbəb ola bilər. Məqsəd həmin vəsiqələrin dəyişdirilərək həmin sistemə inteqrasiya etməkdir. Amma bu bənddə də müəyyən şübhəli məqamlar var.

Ekspertin sözlərinə görə, qanunda belə boşluqların olması sonradan sui-istifadəyə, eləcə də sürücülərlə polis arasında ciddi mübahisələrə səbəb ola bilər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 10 noyabr 2016 14:11
  • Yazan: zgy
After people become full and convenient in life, they concentrate most of their tag heuer replica on fashion. For example, how to dress up could be beautiful and charming. How to wear to be appropriate and tasted. They talk about kinds of fashion hublot replica with friends. Trendy clothes, cosmetics, cute bags, beautiful shoes, pleasant perfume, luxurious watches and many other things are touched upon one by one. As for rolex replica sale they frequently appear in people’s conversation especially in men’s talking. Nowadays, advanced science and breitling replica uk are applied to daily uses. Consequently, more and more replica watches with superb quality are well accepted by people. During men’s talking, we could easily found that the famous brand replica watches sale is a frequent word been refered to. Not difficult to imagine, hublot replica has been a symbol of status, identity, taste and wealth.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *