Aşıq Əlinin sürücülük vəsiqəsi əlindən alındı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Aşıq Əlinin sürücülük vəsiqəsi əlindən alındı – VİDEO

Aşıq Əlinin sürücülük vəsiqəsi əlindən alındı

Aşıq Əlinin idarə etdiyi iki avtomobillə bağlı cərimələrin məbləği 4 min manata yaxın olub, cərimə balları isə 24-ə çatıb.

Avtosfer.az-ın məlumata görə, bu səbəbdən də Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinə çağırılan Aşıq Əlinin sürücülük hüququ 6 ay müddətinə məşdudlaşdırılıb və sürücülük vəsiqəsi əlindən alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Aşıq Əlinin sürücülük hüququnun məhdudlaşdırıldığını təsdiq edib. Bu qərar onun cərimə ballarının 20-ni ötməsi və təyin edilmiş cərimələri vaxtında ödəmədiyi üçün qəbul edilib, İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsaslandırılıb.

Nəşrin əldə etdiyi məlumata görə, Aşıq Əlinin sürücülük hüququ ilk dəfə məhdudlaşdırılmır. Belə ki, 2013-cü ildə onun sürücülük hüququ yenə də 6 ay müddətinə məhdudlaşdırılıbmış. Bu dəfə də səbəb cərimələri vaxtında ödəməməsi və cərimə ballarının çox olması olub.


Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *