Övladının toyuna dəvətnamə paylayan atanı avtomobil vurub öldürüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Övladının toyuna dəvətnamə paylayan atanı avtomobil vurub öldürüb

Övladının toyuna dəvətnamə paylayan atanı avtomobil vurub öldürüb

Balakəndə övladının toy məclisinə dəvətnamə paylayan atanı avtomobil vurub.

Oxu.Az xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, oktyabrın 25-i axşam saat 18:45 radələrində rayonun Qazma kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Hənəfi oğlu Muradov avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 53 yaşlı Hikmət Muradov xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.

Balakən rayon Polis Şöbəsindən bildirilib ki, hadisə rayonun Qazma kəndi ərazisində baş verib. Hikmət Muradov hələki adı və soyadı açıqlanmayan sürücünün idarə etdiyi xırda tutumlu “Ford” markalı yük avtomobili ilə vurulduğu bildirilir. Məlumatda o da bildirilir ki, Hikmət Muradovu maşın vuran zaman o, üç gün sonra toyu olacaq övladı üçün dəvətnamə paylayırmış.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *