“WhatsApp” videozəng xidmətini işə saldı » AzNews.info -Xəbər portalı

“WhatsApp” videozəng xidmətini işə saldı

“WhatsApp” videozəng xidmətini işə saldı


“WhatsApp” uzun müddətdir gözlənilən videozəng dəstəyini işə salıb. Tətbiqin “Android” platformasındakı beta versiyası ilə artıq videogörüşmələri edə bilərsiniz.

Aznews.info technote.az-a istinadən xəbər verir ki, “Android” üçün “WhatsApp” tətbiqinin beta versiyasına uzun müddətdir gözlənilən videozəng xüsusiyyəti, nəhayət ki gəldi.

“WhatsApp” üzərindən eyni ilə “Skype”, “Facetime”da olduğu kimi, videokonfrans edə bilməyinizə şərait yaradan yeni xüsusiyyətlə artıq internet üzərindən videozənglər edə biləcəksiniz.

Əgər videozənglə əlaqə saxlamaq istədiyiniz şəxsdə “WhatsApp”ın ən son versiyası yüklü deyilsə, həmin şəxsə yenilənmə etməsi barədə bildiriş gedir.

“WhatsApp” video dəstəyi hansı versiyadadır?

Tətbiqin 2.16.318 versiyası ilə birlikdə istifadəyə verilən videozəng xüsusiyyəti hazırda olduqca qərarlı bir şəkildə işləyir. Bir milyarddan artıq istifadəçisi olan “WhatsApp” bu yeni funksiya ilə “Google”un Duo kimi digər mesajlaşma tətbiqlərinə rəqib olur.

Son vaxtlarda yenilənmələr ilə fasiləsiz olaraq inkişaf etməyə cəhd edən “WhatsApp” keçdiyimiz günlərdə “Snapchat” oxşarı xüsusiyyətləri də istifadəçilərinə təqdim etmişdi.

http://www.apkmirror.com/apk/whatsapp-inc/whatsapp/whatsapp-2-16-318-release/whatsapp-messenger-2-16-318-android-apk-download/
Əgər “WhatsApp” videozəng xüsusiyyətini indi yoxlamaq istəyirsinizsə, bu linkdən beta versiyanı yükləyərək elə indi istifadə etməyə başlaya bilərsiniz.

Mənbə: Technote.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *