“Messenger” üçün çoxdan gözlənilən yenilik » AzNews.info -Xəbər portalı

“Messenger” üçün çoxdan gözlənilən yenilik

“Messenger” üçün çoxdan gözlənilən yenilik


“Facebook” şirkəti “Windows 10” üçün olan “Messenger”ə çoxdan gözlənilən yenilənməni təqdim edib.

Aznews.info technote.az-a istinadən xəbər verir ki, artıq “Windows 10” istifadəçiləri “Messenger” vasitəsilə audio və videozənglər edə biləcəklər.

Sözügedən funksiya çoxdan “iOS” və “Android” platformalarında mövcuddur. Lakin indi bütün “Windows 10” dəstəkli cihazlar üçün də aktiv olub.

Zəng etmək üçün onlayn olan lazımi şəxsin kamera və ya mikrofon ikonlarına klikləməlisiniz.

Zənglər internet üzərindən olduğu üçün keyfiyyət baxımından yüksəksürətli internetin olması vacibdir. Şirkətin verdiyi məlumata əsasən, onlar yenilənməni təzə təqdim etdikləri üçün bir çoxları, hələ ki, bu funksiyadan yararlana bilməyəcəklər.

Lakin yaxın müddət ərzində sözügedən funksiya hamı üçün aktiv olacaq. Bundan əlavə, şirkət həm də “Windows Phone” üçün də “Messenger” yenilənməsini təqdim edib. Bu yenilənmədə də videozənglər aktivdir.

Mənbə: Technote.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *