“Azəravtoyol” bu il 543 km uzunluğunda yol tikib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azəravtoyol” bu il 543 km uzunluğunda yol tikib

“Azəravtoyol” bu il 543 km uzunluğunda yol tikib


“Azəravtoyol” ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilmiş, yenidən qurulub və təmir olunub.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, bundan 299 km respublika əhəmiyyətli, 180,5 km yerli əhəmiyyətli, 63,2 km isə Bakı şəhər yollarının payına düşür.

Respublikanın ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikilib, 5-i təmir edilib. Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində 1 ədəd piyada keçidi tikilib, Bakıda isə 1 ədəd piyada keçidi təmir olunub.

Bakı şəhərində ümumi uzunluğu 63,2 km 30-dan çox avtomobil yolu, prospekt və küçə yenidən qurulmuş və təmir olunub.

Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 247,2 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib.

Bu dövr ərzində ümumilikdə 708 min ton asfalt-beton istehsal edilib, 40,4 min ton bitum və 3,5 min ton mazut istifadə edilib.

Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyəsini nəzərə alaraq, 62,2 ton bituma adgeziya qatqısı və İtaliyadan xüsusi polimer alınaraq əsasən asfalt-beton örtüyünün üst-aşınma layının tikintisində istifadə edilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *