“Ağıllı saatlar” bazarında satış lideri olan top beş şirkət » AzNews.info -Xəbər portalı

“Ağıllı saatlar” bazarında satış lideri olan top beş şirkət

“Ağıllı saatlar” bazarında satış lideri olan top beş şirkət


“Apple Watch”un satışları xeyli azalıb.

“Apple Watch”-un satışları III rübdə 71,6% azalıb. Bu “Apple”nın “ağıllı saatlar” bazarında lider mövqeyini əldən buraxmağına təsir göstərməyib.

Aznews.info xəbər verir ki, bu barədə Fins.az xarici mətbuata istinadən xəbər verir.

2016-cı ilin III rübün nəticəsində “Apple Watch”un payı 41,3% və buna satışların azalması da mane olmayıb. “International Data Corporation” (IDC) tədqiqat şirkətinin baş analitiki Djiteşa Urbanin dediyinə görə, satışların azalmasına, hətta yeni nəsil “Apple Watch Series 2” “ağıllı saatlar”ının satışa çıxarılması da kömək olmadı.

“Aydın olur ki, “ağıllı saatlar” hal-hazırda hər kəs üçün olmayan bir məhsuldur”.

Ümumiyyətlə, “ağıllı saatlar” bazarı III rübdə keçən ilin analoji müddəti ilə müqayisədə ikiqat azalıb (51,6%). Ən çox satışların azalması “Lenovo”da (73,3%), və “Pebble”da (54,1%) müşahidə olunub. Bununla birgə “Garmin” “ağıllı saatlar”ının satışları III rübdə 324,2% artıb və bu şirkətin dünya bazarının 1/5 tutmağa imkan yaradıb.

Lakin satılan ədəd sayına görə “Garmin” “Apple”dan iki dəfə geridədir – 1,1 mln. “Apple Watch” 600 minə qarşı. “Garmin”dən savayı bazarın top - 5 liderlərindən III rübdə satışların azalmasında “Samsung” yaxasını qurtara bilib. Satılan 400 min saatla Koreya şirkəti dünya “ağıllı saatlar” bazarında üçüncü yeri tutub.

Mənbə: Fins.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *