Azad Rəhimov II Avropa Oyunlarından danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Azad Rəhimov II Avropa Oyunlarından danışdı

Azad Rəhimov II Avropa Oyunlarından danışdı


“Azərbaycan topladığı təcrübəsini və sənədləşmə işlərini II Avropa Oyunlarının keçirilməsi üçün Belarusla bölüşməyə hazırdır”.

Aznews.info Report-a istinadən xəbər verir ki, bu barədə Gənclər və idman naziri Azad Rəhimov TASS-a açıqlamasında bildirib. Nazir Avropa Oyunlarının təşkilini öz üzərinə götürdüyü üçün Belarusa minnətdarlıq edib:

“İlk Avropa Oyunları elə sonuncu olaraq qalsaydı, bu, o qədər də ədalətli olmazdı. Bu gün Aleksandr Lukaşenkonun mövqeyi və Belarusun II Avropa Oyunlarını təşkil etmək istəyi onu göstərir ki, Oyunlar mövcudluğunu davam etdirmək üçün böyük şans əldə edib. Yaddan çıxarmaq olmaz ki, Avropa Oyunlarında əsas amil avropalı idmançılardır. Onların belə səviyyəli yarışlarda iştirak və qiymətsiz təcrübə qazanmaq imkanları olmalıdır”.

A.Rəhimov deyib ki, Oyunları Azərbaycanda təşkil edən və peşəkarlaşan insanlar Belarusa da yaxından kömək edə bilərlər:

“Bu, bizim üçün böyük şərəf olardı. Nəyimiz varsa, Belarusa verməyə hazırıq”.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ilin 12-28 iyununda Bakıda keçirilib. Yalnız kayak və kanoe yarışları Mingəçevirdə təşkil olunub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *