Bakıda silahlı insident olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakıda silahlı insident olub

Bakıda silahlı insident olub


Bakıda silahlı insident olub.

Aznews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Telman Məmmədov gecə yaşadığı binanın blokuna daxil olarkən binadan naməlum saqqallı şəxsin çıxdığını görüb. T. Məmmədov ondan kim olduğunu xəbər aldıqda naməlum şəxs səhv ünvana gəldiyini deyərək ərazidən uzaqlaşıb.

T.Məmmədov binaya daxil olaraq yaşadığı evə qalxıb. O, mənzilin qapısının gözlüyünə saqqız yapışdırıldığını görüb, bunun həmin naməlum şəxs tərəfindən törədildiyini ehtimal edərək onun arxasınca qaçıb. Naməlum şəxs arxasınca gələnin olduğunu gördükdə əlindəki tapançadan havaya atəş açıb.

T.Məmmədov silah səsindən sonra onu təqib etməyi buraxıb və bu barədə polisə məlumat verib.

Qaradağ Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan müraciət əsasında araşdırmalara başlanıb.

Hazırda polis silahdan istifadə edən şəxsin kimliyinin müəyyənləşdirilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *