Səudiyyə Ərəbistanında şahzadə edam olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

Səudiyyə Ərəbistanında şahzadə edam olundu

Səudiyyə Ərəbistanında şahzadə edam olundu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda üç il əvvəl qətl törətməkdə ittiham olunan kral ailəsinin üzvü şahzadə Türki ibn Səud Əl-Kəbir edam edilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir.

İstintaq materiallarına əsasən, şahzadənin çadır düşərgəsində baş vermiş kütləvi dava zamanı odlu silahdan atəş açması nəticəsində dostu Adil Əl-Mhəmid ölüb, daha bir nəfər isə yaralanıb.

Qeyd edək ki, şahzadənin törətdiyi cinayət o zaman ölkədə böyük rezonansa səbəb olmuşdur.

Səudiyyə Ərəbistanının Ali və Apelyasiya Məhkəmələri onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, kral ailəsinin üzvünün edam edilməsi Səudiyyə Ərəbistanının tarixində ilk hadisədir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *