Bağla

AzNews.info



Bölmə: Sosial, Kriminal

“BakuBus”ın avtobusu yolu keçmək istəyən piyadanı vurdu

“BakuBus”ın avtobusu yolu keçmək istəyən piyadanı vurdu


“BakuBus”a məxsus sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub.

Aznews.info-un Report-a istinadən məlumatına görə, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində qeydə alınıb.

24 yaşlı Murad Ağalar həmin ərazidə yolun piyadaların keçməsi üçün nəzərdə tutulmayan hissəsindən digər tərəfinə keçmək istəyib. Bu zaman 6 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu onu vurub. Ağır bədən xəsarətləri və kəllə-beyin travması alan M.Ağalar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada əməliyyat olunub.

Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Mənbə: Report.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *