Direktor: Heç kim məktəbə süpürgə göndərməyib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Direktor: Heç kim məktəbə süpürgə göndərməyib – YENİLƏNİB

Direktor: Heç kim məktəbə süpürgə göndərməyib


“Valideynin məktəbə 150 süpürgə göndərməsi tamamilə yalan məlumatdır”.

Oxu.Az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında E.Zeynalov adına 1 saylı Hacallı kənd tam orta məktəbin direktoru Səyyarə Zeynalova deyib.

Direktor qeyd edib ki, belə bir hadisə olmayıb:

“Bərdə rayon Təhsil Şöbəsinə, Yevlax Rayonu Təhsil İdarəsinə izahat yazmışam ki, bu iş araşdırılsın. Bu adamın atdığı addım şantajdır. Bu məlumat düzgündürsə, valideynin adı qeyd edilsin və araşdırılsın. Tələb edirəm ki, həmin adam tapılsın. Əgər günahkaramsa, məni cəzalandırsınlar. Axı məktəbdə belə pul yığımı və s. olmur”, - deyə adıçəkilən məktəbin direktoru vurğulayıb.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, Bərdə rayonun Hacallı kəndindəki orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni “süpürgəpulu” tələbinə qarşı orijinal addım atıb. Belə ki, dəfələrlə məktəbə “süpürgəpulu” yollayan ata bu dəfə 150 ədəd süpürgə alaraq təhsil müəssisəsinə göndərib.

09.10.2016 (10:58)

Sosial şəbəkələrdə Bərdədəki məktəblərdən biri ilə bağlı maraqlı məlumat paylaşılıb.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, rayonun Hacallı kəndindəki orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni “süpürgəpulu” tələbinə qarşı original addım atıb.

Belə ki, ata övladının “məktəbdə yenə “süpürgəpulu” istəyirlər” sözlərindən sonra problemi necə deyərlər, kökündən həll etmək qərarına gəlib. Dəfələrlə məktəbə “süpürgəpulu” yollayan ata bu dəfə 150 ədəd süpürgə alaraq, təhsil müəssisəsinə göndərib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *