“Facebook” Dünya Bankı ilə birləşdi » AzNews.info -Xəbər portalı

“Facebook” Dünya Bankı ilə birləşdi – YENİ LAYİHƏ

“Facebook” Dünya Bankı ilə birləşdi


“Facebook” şirkəti bazarın vəziyyətini tez öyrənməyə imkan verəcək yeni məlumatların toplanması və təhlili üsulunun hazırlanması məqsədilə Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birləşib.

Oxu.Az bu barədə ictnews.az-a istinadən xəbər verir.

Sentyabrın 28-də hər üç təşkilat nümayəndələrinin səyi nəticəsində yeni bazar analitik texnologiyası istifadəyə verilib. Məlumatların toplanması üçün “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçən təşkilatların səhifələrindən istifadə olunur.

Məlumata görə, texnologiyaların sınaqlarına bu ilin fevralında başlanılıb, 22 ölkədən kiçik və orta biznesin 90 min nümayəndəsi 15 müxtəlif sorğu üzrə informasiya təqdim edib.

Təşkilatların nümayəndələri sorğu vasitəsilə hansı amillərin kiçik sahibkarlığın inkişafına mane olmasını aydınlaşdırmağa çalışıblar. Əvvəllər bunun üçün çoxlu vaxt və pul, eləcə də bazar ekspertləri ilə görüşlərin keçirilməsi tələb olunub.

“Facebook” sayəsində Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı müxtəlif ölkələrdə iqtisadi vəziyyətlə bağlı ətraflı məlumat əldə edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *