Nazir səhlənkarlığa yol verən kollec direktorunu işdən çıxarıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Nazir səhlənkarlığa yol verən kollec direktorunu işdən çıxarıb

Nazir səhlənkarlığa yol verən kollec direktorunu işdən çıxarıb


Bakı şəhərinin Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, kollecin ərazisindəki futbol meydançasının üzərində “İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb.

Bununla əlaqədar təhsil müəssisəsinin binasının zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib.

Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı, kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.

Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov səhlənkarlıq göstərərək kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımi tədbirlər görməyib. Yol verdiyi nöqsanlara görə, A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən azad edilib. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında məsələ qaldırılıb.

Təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.

Nazir səhlənkarlığa yol verən kollec direktorunu işdən çıxarıb
Nazir səhlənkarlığa yol verən kollec direktorunu işdən çıxarıb
Nazir səhlənkarlığa yol verən kollec direktorunu işdən çıxarıb
Nazir səhlənkarlığa yol verən kollec direktorunu işdən çıxarıb

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *