"Özünü yandıran şəxs qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür" - Nəqliyyat Nazirliyi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Avto, Video

"Özünü yandıran şəxs qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür" - Nəqliyyat Nazirliyi – VİDEO

"Özünü yandıran şəxs qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür" - Nəqliyyat Nazirliyi


Bakıda baş verən intihara cəhd hadisəsinə münasibət bildirib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov APA-ya açıqlamasında qeyd edib ki, intihara cəhd edən şəxs texniki cəhətdən nasaz avtomobillə qeyri-qanuni taksi fəaliyyəti göstərib: ”Həmin şəxsin taksi fəaliyyəti göstərilməsi barədə lisenziyası və fərqlənmə nişanı olmayıb. Bundan əlavə, həmin taksi sürücüsünün səhhətində və danışıq tərzində problemlər var. Müfəttişlər ona bu barədə dəfələrlə xəbərdarlıq edib və bu gün yenidən xəbərdarlıq edilib. Bundan sonra sürücüdən sənədləri istənilib və avtomobildə əvvəlcədən hazırladı yanacağı öz üzərinə tökərək müfəttişlərə yaxınlaşıb. Müfəttişlərin yanına çatdıqda kibritlə özünə od vurub. Bu zaman müfəttişlər və ərazidə olan polis əməkdaşları tərəfindən həmin şəxsin üzərində yanan hissə söndürülüb. Nəticədə həmin şəxsin və Nəqliyyat Nazirliyinin müfəttişin əli yanıb. Hər iki şəxs Yanıq Mərkəzinə yerləşdirilib”.

Qeyd edək ki,Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün “20 Yanvar” dairəsinin yaxınlığında Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov üzərinə benzin tökərək özünü yandırıb. O,yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Yanıq Mərkəzindənverilən məlumata görə, A. Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdır.




Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *