“Dostluq” parkını satanlara hökm oxunub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

“Dostluq” parkını satanlara hökm oxunub

“Dostluq” parkını satanlara hökm oxunub


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Dostluq” parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Məmmədovun 11 il, F.Quliyevin 10 il və T.Hüseynovun isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, “Dostluq” parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb.

Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb.

Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub. Bir müddətdən sonra T.Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Ötən prosesdə məhkəmənin qərarı ilə T.Hüseynovun barəsində olan ev dustaqlığı ləğv edilərək, həbs qətimkan tədbiri ilə dəyişdirilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *